02 May 2024
ICESCO ilə Ukrayna arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

ICESCO ilə Ukrayna arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

03 Sentyabr 2021
Baxış: 515

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova arasında videokonfrans formatında keçirilmiş görüşdə tərəflər arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

AJMEDİA.İNFO xəbər verir ki,ICESCO-nun baş ofisindən bildiriblər ki, təşkilatın Baş direktoru mədəniyyətlərin dialoqu çərçivəsində qeyri-müsəlman ölkələrlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. O, ukraynalı gənclərin ICESCO-nun təhsil, xüsusən müasir texnologiyalar və ətraf mühitin mühafizəsi üzrə həyata keçirdiyi layihələrə cəlb olunması təklifi ilə çıxış edib. Baş direktor əlavə edib ki, Ukraynanın müvafiq hökumət strukturları və qeyri-hökumət təşkilatları təşkilata üzv ölkələrdə keçirilən tədbirlərdə də fəal iştirak edə bilərlər.

Əminə Caparova ölkəsinin İslam dünyası ilə daha sıx əməkdaşlıq etmək istədiyini, bu baxımdan ICESCO ilə əlaqələrin zəruri olduğunu söyləyib. O məlumat verib ki, Ukraynada 1,5 milyona yaxın müsəlman yaşayır, onlar cəmiyyətin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edirlər. Nazir müavini ICESCO-nun mədəni irsin qorunması, təhsilin inkişafı, gənclər və qadınların cəmiyyətdə rolunun artırılması sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. (Azərtac)