Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Hindistan Ermənistana 6 ədəd 155 mm-lik ATAGS haubitsa verib - KİV
14 Sentyabr 2023 16:52 | Baxış sayı: 969
Hindistan Ermənistana 6 ədəd 155 mm-lik ATAGS haubitsası tədarük edib.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Bharat Forge L.t.d müdafiə şirkətinin rəhbəri Babu Kalyan bildirib.
Hindistan Müdafiə Araşdırmaları Qanadının məlumatına görə, haubitsalar avqustun əvvəlində təhvil verilib. Bu, Hindistanla imzalanmış böyük müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır.
Müdafiə müqaviləsi Ermənistana 155,5 milyon dollar dəyərində 90 ədəd ATAGS qurğusunun tədarükünü nəzərdə tutur.Bundan əlavə, növbəti 3 il ərzində mərhələli şəkildə Ermənistana daha 84 haubitsa çatdırılmalıdır. Qeyd olunur ki, Bharat Forge Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.