15 May 2024
Hidayət Heydərov İsraildə çempion oldu – FOTO

Hidayət Heydərov İsraildə çempion oldu – FOTO

18 Fevral 2022
Baxış: 481

İsrailin Təl-Əviv şəhərində keçirilən "Böyük dəbilqə” turniri davam edir.

AJMEDİA.İNFO xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının bir cüdoçusu tatami üzərinə çıxıb.

73 kq çəkidə mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gəlməklə çempion tituluna yiyələnib.

Təmsilçimiz ikinci mərhələdən yarışa qatılıb. O, əvvəlcə israilli Oron Qinerə qalib gəlib.

1/4 finalda Hidayət almaniyalı İqor Vandtkeni məğlub edib. Yarımfinalda daha bir israilli Toher Butbulla görüşən cüdoçumuz ardıcıl üçüncü qələbə ilə finala yüksəlib.

O, həlledici görüşdə Obidxon Nomonovla (Özbəkistan) üz-üzə gəlib və qələbə qazanıb. Hidayət bununla da qızıl medala sahib olub.

Qeyd edək ki, 11 nəfərlə yarışa yollanan millimizin üç üzvü dünən Yaşar Nəcəfov (-66 kq) finalda yerli idmançıya uduzaraq gümüş medal qazanıb. Sfera.az