15 May 2024
"Hərbi prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı mütləq CƏZALANDIRILACAQ" - Partiya sədrindən ŞOK AÇIQLAMA

"Hərbi prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı mütləq CƏZALANDIRILACAQ" - Partiya sədrindən ŞOK AÇIQLAMA

20 Aprel 2022
Baxış: 719

“Tərtər işi” ilə bağlı məsələdə, şübhəsiz ki, hərbi prokuror Xanlar Vəliyev gec-tez öz cəzasını alacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Bakupost.az -a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Tərtər işi” ilə bağlı danışarkən deyib.

Partiya sədri hesab edir ki, Müdafiə Nazirliyinin rəhbərliyi, Xanlar Vəliyevin müavini, korpus komandirləri və hərbi prokurorlar da cəzalandırılmalıdır:

“Hazırda ona görə cəzalandırılmırlar ki, işgəncə görmüş insanlar, övladı qətlə yetirilmişlər, haqsız olaraq həbs olunanların valideynləri, ailə üzvləri öz tələblərinə nail olurlar. Əgər indi cəzalandırsalar, insident yarana bilər. Amma Xanlar Vəliyev mütləq layiqli cəzasını alacaq. Bu işdə Xanlar Vəliyev tək deyil, işgəncə mexanizmini həyata keçirənlər, qətlə yetirənlər böyük bir komandadır. Onların hamısı cəzasını almalıdırlar. Cəzanın nə vaxt olacağını zaman göstərəcək”.

Xatırladaq ki, ötən gün Baş Prokurorluq "Tərtər işi" ilə bağlı yeni məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Tərtər işi" ilə bağlı 7 nəfər həbs olunub, bir nəfər beynəlxalq axtarışa verilib.

Eyni zamanda, 16 nəfər barəsində hökm ləğv edilib, 397 nəfər zərərçəkmiş kimi tanınıb.