28 Mart 2024
"Heç nəyə əl vurmağa qoymur..." - "Toppuş bacı"nın ərindən QADAĞA

"Heç nəyə əl vurmağa qoymur..." - "Toppuş bacı"nın ərindən QADAĞA

24 Yanvar 2023
Baxış: 1899

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat yoldaşı Röyaldan danışıb.

AJMEDİA.İNFO axsam.az-a istinadən xəbər verir ki, o, Röyalın onlara bir çox şeyi qadağan etdiyini açıqlayıb. T.Əliyeva bildirib ki, Röyal mərhum aktrisanın əşyalarına toxunulmasına icazə vermir:


"Röyal evdə hər yeri bağlayıb. Deyir, Tünzalənin paltarlarına məbada əl vurarsınız. Sənin əlin dəyən heç nəyə əl vurmağa qoymur. Deyir, Tünzalə necə qoyubsa, elə də qalsın. Şkafları aça bilmirik, deyir, əşyalarına, corablarına toxunmayın".

Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.