06 May 2024
"Həbsi qaçılmazdır, onu bu cəza gözləyir" - Nəcməddin Sadıkovla bağlı AÇIQLAMA

"Həbsi qaçılmazdır, onu bu cəza gözləyir" - Nəcməddin Sadıkovla bağlı AÇIQLAMA

02 Noyabr 2023
Baxış: 462

Xəbər veridiyimiz kimi, Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. Bununla bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər haqqında da icraat ayrılıb. Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar.

Belə olan halda Nəcməddin Sadıkov həbs oluna bilərmi? Həbs olunarsa, onu neçə il cəza gözləyir?

AJMEDİA.İNFO-nun məlumatına görə, məsələ ilə bağlı Sfera.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, Nəcməddin Sadıkov sadəcə mənimsəmə maddəsi ilə ittiham olunarsa, dövlətə 220 milyona yaxın pul ödəyəcəyi halda işin icraatına xitam verilə bilər:

“Yəqin ki, işi Hərbi Prokurorluq araşdıracaq. Əgər Nəcməddin Sadıkov da məsuliyyətə cəlb olunsa və orada mənimsəmədə birbaşa iştirakçı olduğu sübut olunsa, təkcə elə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mənimsəmə ilə bağlı 179-cü maddənin 4-cü hissəsinin təsiri altına düşəcəkdir. Belə olan halda, həmin şəxs barəsində 10-14 il müddətində həbs cəzası nəzərdə tutulur.

Məbləğ də az deyil, 143 milyondan söhbət gedir. Həmin məbləğin hamısı və 50 faizi də əlavə olmaqla, ümumilikdə 220 milyona manata yaxın pul dövlətə ödənilməlidir. Bunlardan sonra icraata xitam verilməsi mümkündür.

Əgər vəzifədən sui-istifadə və korrupsiya cinayətləri kimi maddələr ittihama əlavə olunarsa, maddi ziyanın ödənilməsi ilə icraata xitam verilməsi heç cür mümkün olmayacaq, həbsi qaçınılmazdır”.