15 May 2024
Həbsdə olan atasına dovğanın içində narkotik gətirən şəxs saxlanıldı

Həbsdə olan atasına dovğanın içində narkotik gətirən şəxs saxlanıldı

27 Noyabr 2021
Baxış: 663

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

AJMEDİA.info xəbər verir ki, xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 və 99.1.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zəbişah Kamal oğlu Şahverdiyevə oğlu Abşeron rayon sakini Azər Zəbişah oğlu Şahverdiyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı dovğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 6,096 qram olan narkotik maddə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.