25 Aprel 2024
Hatayda binaların dağılmasının 3 ƏSAS SƏBƏBİ - FOTO

Hatayda binaların dağılmasının 3 ƏSAS SƏBƏBİ - FOTO

10 Fevral 2023
Baxış: 348

Türkiyənin şərqi, cənub-şərqi, Aralıq dənizi, Anadolu və Qara dəniz bölgələrində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Təbii fəlakət mərkəzi Kahramanmaraş olan 10 vilayətdə qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu günə kimi 19 minə yaxın insanın ölümünə səbəb olan dağıntıların başvermə səbəbi hamında böyük maraq doğrurur.

Türkiyənin 10 vilayətində minlərlə binanın dağılmasının səbəbləri barədə ölkənin tsnınmış alimləri də danışıb. İzmirdəki Dokuz Eylül Universitetinin (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin (DAUM) direktoru, Geologiya Mühəndisliyi kafedrasının professoru Həsən Sözbilir zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda baş verən böyük dağıntının əsas səbəblərini açıqlayıb.

Türkiyəli alimin sözlərinə görə, Hataydakı dağıntının miqyasının böyük olması 3 səbəblə əlaqəlidir: "Zəlzələdən ən az zərərlə çıxmaq üçün nə etməli olduğumuz 84 ildir məlumdur. Bunu ilk dəfə nə zaman başa düşmüşük soruşulsa, 1939-cu ildə baş verən Ərzincan zəlzələsini misal göstərə bilərik. 52 saniyə davam edən bu zəlzələdə 33 min vətəndaşımız həlak olmuşdu.

Zəlzələdən dərhal sonra bölgəyə gələn Mineral Tədqiqat və Kəşfiyyat İnstitutunun əməkdaşı Vilhelm Salomon-Kalvi dağıntının və ölüm sayının çox olmasını 3 səbəblə əlaqələndirmişdi: binanın yanlış tikilməsi, zəif və mayeləşmiş qruntlarda tikinti aparılması və seysmik zonalarda inşaat işlərinin görülməsi.

Bu 3 əsas səbəb 84 ildir baş verən zəlzələlərdə dəyişməyib. 6 fevral zəlzələsində dağıntılara səbəb olan əsas səbəblər də bunlardır”.

BAKU.WS