02 May 2024
Hakobyan: "Paşinyan dronun səsini eşidəndə elə qaçırdı ki, mühafizəçiləri də ona çata bilmirdi"

Hakobyan: "Paşinyan dronun səsini eşidəndə elə qaçırdı ki, mühafizəçiləri də ona çata bilmirdi"

17 İyun 2021
Baxış: 666

"Nikol Paşinyanın varlığı idrakımız üçün təhqirdir".

AJMEDİA.info xəbər verir ki, bunu “Ermənistan” blokunun təmsilçisi, Erməni Dirçəliş Partiyasının lideri və Sünikin sabiq qubernatoru Vaqe Hakobyan Gümrüdə keçirilən mitinqində deyib.

“Şərin lideri adekvatlığın qalıqlarını itirərək ulduzlardan danışır. Onun fikrincə, ulduzlar, ehtimal ki, yalnız konyak şüşəsinin üzərindədir. Və ya qorxu haqqında boşboğazlıq edir. 2000 polis məmurunun müşayiəti ilə küçəyə çıxan bir adam... Noyabrın 9-da elə gizlənmişdi ki, tapılmırdı. Gorusda dronun səsini eşidəndə elə qaçırdı ki, mühafizəçilər ona çatmırdı. Xaç atasından sitat gətirəcəyəm - Nikol, varlığınız idrakımız üçün təhqirdir!”, - deyə o, bildirib.