02 May 2024
Hacı Şahinin yerinə İMAM TƏYİN EDİLDİ

Hacı Şahinin yerinə İMAM TƏYİN EDİLDİ

02 May 2023
Baxış: 327

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

AJMEDİA.İNFO "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq.

O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Qeyd edək ki, Məşədi Dadaş məscidini imamı Hacı Şahin Həsənli mart ayında vəfat edib.