İsrailli şair və tərcüməçi Meir Wieseltier 82 yaşında vəfat...
2 saat əvvəlHaaqa məhkəməsi Putin həbs olunmadan onun işi üzrə dinləmələr keçirə bilməyəcək
18 Mart 2023
Baxış: 413
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putin həbs olunana qədər onun işi üzrə iclas keçirməyəcək.
“RBK-Ukraina” xəbər verir ki, bunu Məhkəmənin sözçüsü Əl-Abdallahın bildirib.
“Biz onun iştirakı olmadan dinləmələr keçirə bilmərik. Ona görə də o həbs olunana qədər qiyabi məhkəmə iclasları keçirə bilmərik. Qərarlarımızı tanıyan digər ölkələrlə əməkdaşlıq yolu ilə bu işi həll etməyə çalışacağıq” – o qeyd edib.
Eyni zamanda, BCM sözçüsü əlavə edib ki, order Ukraynaya Putinin Roma Əsasnaməsini imzalayanların ərazisində olarsa, onun həbsini tələb etməyə imkan verir.
Xatırladaq ki, martın 17-də BCM Putinin ukraynalıların deportasiyasında günahkar olduğu üçün onun həbsinə order verib.