02 May 2024
Gürcüstan aviareysləri bərpa edir

Gürcüstan aviareysləri bərpa edir

08 İyun 2020
Baxış: 402

Gürcüstana beynəlxalq aviareyslər iyulun 1-də bərpa ediləcək.

AJM-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin tarixdən etibarən Gürcüstan epidemik vəziyyətin sabit olduğu ölkələr üçün hava məkanını açacaq.

Bununla yanaşı, Gürcüstanın hava limanları yeni qaydalar əsasında fəaliyyət göstərəcək, turistlərin ölkəyə buraxılmasına ciddi nəzarət ediləcək.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turizmi bərpa etməyi planlaşdırır.

Teqlər: Gürcüstan