15 May 2024
Gürcüstan 77-ci, Ermənistan 97-ci, Azərbaycan 124-cü sırada... - FİFA reytinqi

Gürcüstan 77-ci, Ermənistan 97-ci, Azərbaycan 124-cü sırada... - FİFA reytinqi

06 Aprel 2023
Baxış: 407

Milli komandaların növbəti FİFA reytinqi açıqlanıb.
Azərbaycan yığması 124-cü pillədə yer alıb.
Millimizin hesabında 1142 xal var və ötən ayla müqayisədə 3 pillə geriləyib.
Üç pillə geriləyən Azərbaycan yığması siyahıda Niger, Liviya və Mərkəzi Afrika Respublikasından geri düşüb.
Qonşu ölkələrdən Ermənistan 97-ci, Gürcüstan 77-ci, Türkiyə 43-cü, Rusiya 37-ci, İran isə 24-cü sırada qərarlaşıb.
Qeyd edək ki, Argentina, Fransa və Braziliya ilk üç pillədəki mövqeyini qoruyub.yeniavaz.com