06 May 2024
Gündüz Novruzov “Porsche”sində avtomatla tutuldu - FOTOLAR

Gündüz Novruzov “Porsche”sində avtomatla tutuldu - FOTOLAR

30 Avqust 2022
Baxış: 359

Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

DİNin Mətbuat xidmətinin Şirvan regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.