25 Aprel 2024
Göyçayda qanunsuz dini təbliğat aparan o məşhur qadın SAXLANILDI - FOTO

Göyçayda qanunsuz dini təbliğat aparan o məşhur qadın SAXLANILDI - FOTO

14 Mart 2023
Baxış: 3036

Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AJMEDİA.İNFO-nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Cəfərova 2 min manat cərimə olunub.

PAYLAŞ