18 İyul 2024
"Google" yeni smart qolbağını təqdim etdi - QİYMƏTİ

"Google" yeni smart qolbağını təqdim etdi - QİYMƏTİ

29 Sentyabr 2023
Baxış: 633

“Google” şirkəti yeni smart qolbağını təqdim edib.

AJMEDİA.İNFO xarici mətbuata istinadən xəbər verir ki, “Fitbit Charge 6” adlanan qolbaq 1.04 düym AMOLED ekranla təchiz olunub.

Smart qolbaq özündə “GPS”i və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Onun gövdəsi isə 5ATM standartı üzrə sudan qorunur.

Fitbit Charge 6 smart qolbağı elektrokardioqrammanı reallaşdıra və qandakı oksigen miqdarını ölçə bilir. Üstəlik smart qolbaq 40 ədəd idman rejimini dəstəkləyir. “Google” sözügedən smart qolbağa “Google Maps”, “Google Wallet” və hətta “Youtube Music” dəstəyini əlavə edib.

Ancaq “Youtube Music” dəstəyinin əlavə olunması dedikdə smartfonda işə salınmış musiqinin smart qolbaq vasitəsilə idarəsi nəzərdə tutulur. Fitbit Charge 6 bir dəfə şarj olunandan sonra 7 gün ərzində çalışa bilir. Google artıq bu smart qolbaq üçün ön sifarişlərin qəbuluna start verib. Satışlar payız fəslində başlayacaq. Fitbit Charge 6-nın qiyməti 160$ təşkil edəcək.