02 May 2024
"Google" 28 əməkdaşını İŞDƏN QOVDU - İSRAİLƏ GÖRƏ

"Google" 28 əməkdaşını İŞDƏN QOVDU - İSRAİLƏ GÖRƏ

18 Aprel 2024
Baxış: 315

"Google" Nyu-York və Sunniveyldəki korporativ ofislərində 8 saatlıq oturaq aksiyada iştirak edən 28 əməkdaşını işdən çıxarıb.


AJMEDİA.İNFO "The New York Post”a istinadən bildirir ki, işçilər İsraillə bağlanmış 1,2 milyard dollarlıq müqaviləyə etiraz ediblər.

Etirazçılar iş yerlərini zəbt edib, şirkətin əmlakına ziyan vurub və digər işçilərin işinə müdaxilə ediblər. Polis 50-yə yaxın adamı saxlayıb. Onlardan dördü "Google"un binasına qanunsuz daxil olduqları üçün həbs ediliblər.

Tətildən bir gün sonra şirkətin 28 əməkdaşı işdən çıxarılıb. "Google"un qlobal təhlükəsizlik üzrə rəhbəri Kris Rakov etirazçıların davranışını tamamilə qəbuledilməz adlandırıb.

Etirazçılar korporasiyadan İsrailin dövlət qurumları və müdafiə sektoru üçün bulud hesablamaları və süni intellekt xidmətləri təqdim etdiyi Nimbus layihəsi üzrə İsraillə müqaviləni ləğv etməyi tələb ediblər.(Sfera.az)