01 May 2024
Gərgin gecə: İsrail Suriyanın paytaxtını raketlərlə VURDU

Gərgin gecə: İsrail Suriyanın paytaxtını raketlərlə VURDU

16 Dekabr 2021
Baxış: 640

İsrailin Qolan Təpələrindən Suriyanın paytaxt Dəməşq raketlərlə hədəfə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun gecə saatlarında Qolan Təpələrindən ölkənin cənubundakı bir sıra məntəqələri hədəfə aldığını bildirib.

Qeyd edilib ki, Suriya hava hücumundan müdafiə sistemləri hücumlara cavab verib.

Hücumlarda ən azı bir Suriya ordusunun hərbçisinin həlak olduğu bildirilib.

Hadisə ilə bağlı İsrailin müdafiə və ya xarici işlər nazirliklərindən hələlik heç bir açıqlama verilməyib.(Teleqraf.com)