27 Aprel 2024
Gədəbəydə qəzaya düşən qazi Bakıda öldü - FOTO

Gədəbəydə qəzaya düşən qazi Bakıda öldü - FOTO

06 Dekabr 2023
Baxış: 464

Bir neçə gün əvvəl Gədəbəydə idarə etdiyi avtomobillə qəzaya düşən Vətən müharibəsi qazisi Sərxan Məmmədov vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, Slavyanka kəndində “VAZ” markalı avtomobilin aşması nəticəsində xəsarət alan S.Məmmədov daha sonra Bakıdakı Respublika Klinik Xəstəxanasına gətirilib. Lakin o, dünən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Sərxan Vahid oğlu Məmmədov müharibədəki xidmətlərinə görə bir sıra medallarla təltif edilib.

Gədəbəydə qəzaya düşən qazi Bakıda öldü - FOTO