01 May 2024
Gədəbəydə avtomobil qəzası olub, ölən var

Gədəbəydə avtomobil qəzası olub, ölən var

13 Oktyabr 2021
Baxış: 563

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Zəhmət kəndində qeydə alınıb.

Şəmkir rayon Çənlibel kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.