02 May 2024
Fələstinli məhkumlar tunel qazaraq İsrail həbsxanasından QAÇDILAR

Fələstinli məhkumlar tunel qazaraq İsrail həbsxanasından QAÇDILAR

06 Sentyabr 2021
Baxış: 603

İsrail hüquq-mühafizə orqanları ötən gecə həbsxanadan tunel qazaraq qaçan 6 fələstinli məhkumu axtarır.

AJMEDİA.İNFO xəbər verir ki, İsrailin Həbsxanalar Departamenti təsdiq edib ki, ölkənin Gilboa həbsxanasından 6 fələstinli məhkum tunel qazaraq qaçıb.

Məlumata görə, İsrail həbsxanasından qaçanlar El-Aska Şəhidləri şəbəkəsinin aparıcı fiquru Zekeriye ez-Zebidi və İslam Cihad şəbəkəsinin üzvlərindən Yaqub Mufeyat , Məhəmməd Qasın es-Arıda, Yaqub Mahmud Kadrı, Eyhem Fuad Kemamçı və Mahmud Abdulla el-Arıdadır.

Məhkumlar həbsxanada birgə qaldıqları otaqdan 10 metrlik tunel qazaraq müəssisəsini tərk etməyə müvəffəq olublar.

İsrail bölgəyə çox sayda polis və xüsusi xidmət orqanlarının əməkdaşlarını cəlb edib.

Qeyd edək ki, həbsxanadan qaçanlar ömürlük həbs cəzasına məhkum edilən şəxslərdir.