06 May 2024
"Əvvəl deyirdilər Qəzənfərin qardaşı qızı, sonra Qənirənin əmisi dedilər" - Millət vəkilinin əmisi

"Əvvəl deyirdilər Qəzənfərin qardaşı qızı, sonra Qənirənin əmisi dedilər" - Millət vəkilinin əmisi

29 Sentyabr 2023
Baxış: 533

“Çox gənclər yetim qaldı”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mərhum deputat Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev deyib.

O, qardaşı qızının vaxtsız dünyasını dəyişdiyini qeyd edib:

“Mən təəccüblənirəm. Adamda nə qədər enerji olar. Adam nə qədər xalqı, dövləti sevər. Çox gənclər yetim qaldı. O, bir istedad idi. Gəldi, getdi. Əvvəllər deyirdilər Qəzənfərin qardaşı qızı, lakin bir müddət sonra Qənirənin əmisi deyirdilər. Həm dövlətin, həm də xalqın yanında üzü ağ oldu. Vaxtsız dünyasını dəyişdi. Sabah vidalaşacağıq”.