02 May 2024
Estetik əməliyyatdan sonra tanınmaz hala düşən KİŞİ MƏŞHURLAR - FOTOLAR

Estetik əməliyyatdan sonra tanınmaz hala düşən KİŞİ MƏŞHURLAR - FOTOLAR

16 Yanvar 2024
Baxış: 384

Estetik əməliyyat müasir dövrümüzdə olduqca adiləşib. Məşhurların bir çoxu artıq təkrar-təkrar estetik əməlliyyat etdirir. Lakin heç də hər zaman bu əməliyyatlar yaxşı nəticələnmir.

Son dövrlər yalnız xanım məşhurlar deyil, kişi məşhurlar da estetik əməliyyatların qurbanına çevrilir.

AJMEDİA.İNFO Sfera.az-a istinadən estetik əməliyyatlardan sonra tanınmaz hala düşən dünya ulduzlarını təqdim edir:

Rafet El Roman

Mahnıları və açıqlamaları ilə gündəmdən düşməyən Rafet El Roman ötən gün verdiyi müsahibədə sifətindəki dəyişikliklə diqqət çəkib. O, üzünə estetik prosedur etdirdiyini və peşmanlıq duyduğunu bildirib: “Dostlar, botoks etdirmişəm. Etdirməz olaydım. Bəzi insanlar botoks etdirməməlidir. Mən də onlardan biriyəm. Yaraşığım rəsmən məhv olub”.

Gökhan Özen

42 yaşlı müğənni G.Özen dünən axşam keçirilən “Kolpaçino 4” filminin qala gecəsinə qatılıb. Belə ki, 7 illik ayrılıqdan sonra pərəstişkarları ilə görüşən müğənninin sifətindəki dəyişiklik hər kəsi təəccübləndirib. O, yalnız gözləri üçün estetik əməliyyat etdirdiyini bildirib.

Mustafa Sandal

Məşhur müğənni də üzünə etdirdiyi dolğular və botokslar ucbatından tanınmaz hala düşüb.

Engin Altan Düzyatan

Türkiyənin tanınmış aktyorlarından Engin Altan Düzyatan da yeni görüntüsüylə pərəstişkarlarını təəccübləndirib.