20 May 2024
Əsir Hüseynin anasının sözləri aparıcını GÖZ YAŞINA BOĞDU: “Halallıq istəyirdi” – VİDEO

Əsir Hüseynin anasının sözləri aparıcını GÖZ YAŞINA BOĞDU: “Halallıq istəyirdi” – VİDEO

08 Dekabr 2023
Baxış: 414

Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər – Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

AJMEDİA.İNFO xəbər verir ki, Hüseyn Axundovun anası Şəlalə Axundova ATV-nin “Xəbərin olsun” proqramının efirində canlı bağlantıya qoşulub. Şəlalə Axundova oğlunun məktublarında onlardan halallıq istəməsini bildirib:

“Noyabrın 23-ü danışmışdıq, 27-si isə məktubunu almışdıq. Bəlkə də bu xəbər onun özü üçün də sürpriz olub. Çünki Hüseyn məktubunda hamıdan halallıq istəyirdi, biz də qorxurduq. Ömürlük həbs cəzası veriləndə fikirləşdik ki, yəqin bunu bilib, halallıq istəyib”.

Şəlalə xanımın bu açıqlamasından sonra verilişin aparıcısı Kübra Məhərrəmova göz yaşlarını saxlaya bilməyib.

Ətraflı videoda: