Mayın 7-si ilə bağlı Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ!
9 saat əvvəlƏsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı - VİDEO
12 Avqust 2022
Baxış: 465
Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.
AJMEDİA.İNFO xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əskini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.
Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.
Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.