26 Aprel 2024
Ermənistanda narkotik vasitələrin qanunsuz idxalı artıb

Ermənistanda narkotik vasitələrin qanunsuz idxalı artıb

16 Mart 2023
Baxış: 276

Ermənistanın hüquq-mühafizə orqanları və gömrük xidmətləri demək olar, hər gün narkotik kuryerlərinin həbs edildiyini bildirir, ölkədə qaçaqmalçılıq hallarının sayı ciddi şəkildə artıb.

Yerli mətbuata istinadən xəbər veririk ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin (vergi və gömrük xidmətlərini birləşdirən qurum-red) sədri Rüstəm Badasyan məlumat verib.

O xatırladıb ki, Komitə daha əvvələr “kristal” tipli narkotiklərin aşkarlanması ilə bağlı bir neçə fakt barədə bildirib. Son illər bu tipli narkotiklərin daşınması cəhdlərinin sayı kəskin şəkildə artıb və birbaşa, keçid məntəqələri və poçt vasitəsilə və sərhədi qanunsuz keçməyə cəhd zamanı daşımaq cəhdləri olub.

Badasyan qeyd edib ki, “kristal” tipli narkotik maddə digər ölkələr üçün də problemdir və onun dövriyyəsini cilovlamaq üçün təşəbbüslər həyata keçirilir.