07 May 2024
Ermənistanda baş verən iğtişaşların əsl səbəbi - ŞƏRH

Ermənistanda baş verən iğtişaşların əsl səbəbi - ŞƏRH

05 May 2022
Baxış: 429

Ermənistanda son günlər baş verən iğtişaşların arxasında Rusiyanın dayanması açıq-aydındır. Ermənistanın keçmiş prezidentləri olan Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarları paytaxt İrəvan küçələrində etiraz aksiyalarında iştirak edirlər. Bu etiraz dalğasını müşahidə etdikdə müəyyən məsələlər ortaya çıxır. Etiraz dalğasından Nikol Paşinyan regionda özünü demokratiyanın tərəfdarı kimi Qərbdə nüfuzunu gücləndirir.

Təsadüfi deyil ki, Qərb mediası Ermənistan demokratik ölkə kimi indeksini yüksək tutur. Bundan başqa hakimyyət uğrunda gedən bu mübarizədə məqsəd Paşinyanı hakimiyyətdən devirməkdir. Burada məqsəd Rusiyanın regionda maraqlarının təmin olunmasıdır. Ancaq yaxın gələcək üçün Paşinyanın hakimiyyətdən getməsi real görünmür.


Rusiya 8 apreldə Brüssel Azərbaycan və Ermənistan arasında olan Brüssel görüşündən sonra yenə də öz ənənəsinə sadiq qalaraq regionda barıt çəlləyini alovlandırmaqda davam edir. Nikol Paşinyan Brüssel görüşündən sonra sülh sazişi haqqında pozitiv danışırdı. 19 aprel tarixində Paşinyan Vladimir Putinlə görüşdükdən sonra yenidən Qarabağ haqqında qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Məsələ ondadır ki, Rusiya Ermənistana Azərbaycanla sülh sazişi bağlamasına mane olur. Ukrayna cəbhəsində məqsədlərinə nail olmayan Rusiya Cənubi Qafqazda olan mövqeyini itirmək istəmir. ATƏT-in Minsk qrupu Azərbaycan ilə Ermənistan arasında olan danışıqlardan uzaqlaşdırıldıqdan sonra hal-hazırda əsas aktor Avropa İttifaqı və Rusiyadır.
Hal-hazırda dünyada baş verən lokal müharibələrin başqa regionlara, ölkələrə keçmə ehtimalı yüksəkdir. Rusiyanın asılılığında olan Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə zaman-zaman davam edəcək.

Rüstəm Tağızadə,

politoloq

AJMEDİA.İNFO