06 May 2024
Ermənistan təhlükəsizlik xidmətinin sabiq rəhbəri Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinir

Ermənistan təhlükəsizlik xidmətinin sabiq rəhbəri Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinir

14 Noyabr 2020
Baxış: 1328

Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin qurumun sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanı hakimiyyəti ələ keçirmək və baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaq şübhəsi ilə saxlayıb.

AJM TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Artur Vanetsyanın vəkili Lusine Saakyan özünün “Facebook” səhifəsində yerləşdirib.

“Bu gün Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinə çağırılıb və orada saxlanılıb. Ona qarşı hakimiyyəti ələ keçirmək və Nikol Paşinyana sui-qəsd hazırlamaq barədə uydurma ittiham irəli sürülüb”, - vəkil belə yazıb.

Teqlər: Ermənistan