01 May 2024
Ermənistan parlamentində DAVA: Paşinyana "kapitulyator" deyən deputatı HƏDƏLƏDİLƏR

Ermənistan parlamentində DAVA: Paşinyana "kapitulyator" deyən deputatı HƏDƏLƏDİLƏR

06 Avqust 2021
Baxış: 633

Ermənistanda eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi "Şərəfim var" fraksiyasından olan millət vəkili Anna Mkrtçyan Nikol Paşinyanı kapitulyator adlandırıb.

AJMEDİA.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, iqtidar partiyası olan “Vətəndaş Müqaviləsi” təmsilçiləri dərhal onun sözlərinə kəskin reaksiya verib.

Partiyanın vitse-spikeri Akop Arşakyan deputatı hökumət başçısına qarşı düzgün və hörmətli olmağa çağırıb. Mkrtçyan isə öz növbəsində adla çağırmanın hörmətsizlik olmadığını vurğulayıb.

Vəziyyətin gərginləşdiyini görən parlament spikeri Alen Simonyan isə deputatın mikrofonunu söndürüb, hətta Paşinyanı "təslimçi" adlandırdığına görə Anna Mkrtçyanı töhmətlə hədələyib.