25 May 2024
“Ermənistan danışıqlarda iştirak etməyib” - Nikol Paşinyan

“Ermənistan danışıqlarda iştirak etməyib” - Nikol Paşinyan

20 Sentyabr 2023
Baxış: 455

“Ermənistan Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan arasındakı danışıqlarda iştirak etməyib”.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində deyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.