15 May 2024
Ermənistan BCM-in üzvü oldu - Azərbaycana təhdid artacaq?

Ermənistan BCM-in üzvü oldu - Azərbaycana təhdid artacaq?

03 Fevral 2024
Baxış: 374

Əsabəli Mustafayev: “Bu, Rusiya prezidentinin Ermənistana yolunu bağlayır”

Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulub. Bununla da o, Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan 124-cü, Şərqi Avropa ölkələrindən isə 19-cu dövlət olub.

Qeyd edək ki, ötən il noyabrın 14-də Ermənistan Roma Statutunun ratifikasiya sənədini quruma təqdim edib. 2024-cü il fevralın 1-də isə onun avtomatik qüvvəyə minməsi gözlənirdi.

Noyabrın 15-də xarici işlər naziri Ararat Mirzəyan BCM katibliyinə Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geri tarixlə tanıyacağı barədə məlumat verib.

Bəs sonra? Bu, Ermənistana nə verəcək? Xüsusən də Azərbaycana qarşı pozucu və təxribatçı hərəkətlər, iddialar üçün, nəhayət danışıqlar prosesini ləngidib vaxt udmaq üçün bir şansmı? Yaxud daha Rusiya prezidenti Vladimir Putin İrəvana gedə bilməyəcək? (BCM-in onun haqda həbs qərarı var). Nəhayət, niyə məhz 2021-ci il mayın 10-dan yurisdiksiya tanınacaq?

Yada salaq ki, rəsmi İrəvan BCM-in Roma Statutuna ən əvvəl Azərbaycanı hərbi cinayətlərdə suçlamaq niyyəti ilə ratifikasiya etdiyini bildirib. Musavat.com