06 May 2024
Ermənistan Basarkeçərdən mövqelərimizi ATƏŞƏ TUTDU - CAVAB ATƏŞİ İLƏ SUSDURULDU

Ermənistan Basarkeçərdən mövqelərimizi ATƏŞƏ TUTDU - CAVAB ATƏŞİ İLƏ SUSDURULDU

27 İyul 2021
Baxış: 571

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.