Mayın 7-si ilə bağlı Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ!
13 saat əvvəlErmənistan Baş Qərargah rəisinin müavini barəsində cinayət işi açılıb
09 Mart 2021
Baxış: 1271
Ermənistan Silahlı Qüvvələrinin Hərbi Hazırlıq İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini general-leytenant Andranik Makaryan barəsində cinayət işi açılıb.
AJM-nın "armenpress.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi bildirib.
İstintaq məlumatlarının məxfiliyi baxımından cinayət işinin və ittihamın məzmunu haqqında əlavə məlumat verilməyib.
Mətbuat katibi əlavə edib ki, tədqiqat İstintaq Komitəsinin hərbi müstəntiqləri tərəfindən aparılır.