07 May 2024
Ermənistan ABŞ-ın rəhbərlik etdiyi Defender 23 təlimlərində iştirak edəcək

Ermənistan ABŞ-ın rəhbərlik etdiyi Defender 23 təlimlərində iştirak edəcək

07 Aprel 2023
Baxış: 357

Ermənistan və Moldova ABŞ-ın rəhbərlik etdiyi genişmiqyaslı çoxmillətli hərbi təlimlərdə iştirak edəcək.

AJMEDIA.INFO xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə Aprelin 22-də Avropada iki ay davam edəcək və 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək "Defender 23" təlimləri başlayacaq.

"Təlimdə 9 min ABŞ əsgəri və 26 müttəfiq tərəfdaş ölkədən təxminən 17 min hərbçi iştirak edəcək, təlimin bir hissəsi Avropanın 10 müxtəlif ölkəsində keçiriləcək", - bunu ABŞ Müdafiə Nazirliyi bildirib.

ABŞ-dan başqa, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Defender 23-də Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya iştirak edəcək.