15 May 2024
Erməni deputat Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar sənədini cırdı - VİDEO

Erməni deputat Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar sənədini cırdı - VİDEO

27 Oktyabr 2022
Baxış: 467

Qeqam Manukyan parlamentin tribunasından Əliyevlə Paşinyanın danışıqlar apardığı sənədi cırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan parlamentdə çıxışı zamanı edib.

Artıq iki həftədir ki, erməni mətbuat Vaşinqtonda işlənib hazırlanmış və Praqada Paşinyan və Əliyev tərəfindən təsdiqlənən ingilis dilində sənədi tirajlayır.

“Bir neçə bənddən ibarət olan, hakimiyyətin heç bir söz demədiyi və təkzib etmədiyi, bununla da Ermənistanın Qarabağdan əlini çəkməsi faktını, millətin öz müqəddəratını təyinetmə hüququnu, otuz illik mübarizəmizi ifadə edən sənəd.

Sənədin Qərb variantına görə, Qarabağ xalqı yalnız milli azlıqdır. Başqa nəyə görə hakimiyyət Minsk Qrupunu cəlb etsin, danışıqlara vasitəçi olsun?

İndi, otuz ildən sonra bu, Qarabağdan imtina etməyə və düşmənin bütün tələblərini yerinə yetirməyə razı olan ilk Ermənistan hökumətidir. İlin sonuna qədər imzalanmalı olan “qondarma” sülh sazişi Ermənistanın ikinci təslim olması ilə bağlı sənəddir”, – deyə Manukyan sənədi cırıb.KONKRET.az