04 İyul 2024
Əri ilə barışan Vəfa: "Düşünürdüm uşaqlara xatir yanımdadır, get dedim, getmədi..."

Əri ilə barışan Vəfa: "Düşünürdüm uşaqlara xatir yanımdadır, get dedim, getmədi..."

18 Dekabr 2023
Baxış: 534

Vəfa Şərifova həyat yoldaşı ilə barışdığını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə ATV telekanalında "Rəngarəng səhər” verilişində açıqlama verib.

O, həyat yoldaşına "Bir də belə böyük sözlər danışmayacağam” deyə söz verib:

"Zamanla bəzi şeylərin düzəldiyinə inandım. Daha böyük sözlər danışmayacağam. Heç bir xanım üçün xoş olmaz ki, düşünsün həyat yoldaşı məhz uşaqlara xatir onun yanındadır. Bunu hiss edəndə depressiyaya düşürsən. Mən sevgiyə möhtac insanam. Sevilmədiyim heç bir yerdə qalmaram. O soyuqluğu hiss edəndə geri çəkildim. Dedim getmək istəyənə yaxşı yol. Amma gördüm ki, getmək istəyən də yox imiş. Get desəm də getmədi”. (azxeber.com)