26 Aprel 2024
Ərdoğanın canlı yayımda yuxulaması gündəm oldu – Video

Ərdoğanın canlı yayımda yuxulaması gündəm oldu – Video

27 May 2023
Baxış: 552

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün “A Haber” və ATV-nin ortaq canlı yayımında jurnalistlərin suallarını cavablayıb.
Verilişdə yayımlanan videomaterialdan sonra jurnalist PKK terror təşkilatı ilə bağlı sual ünvanlayarkən Ərdoğanın yuxulaması kadrlara düşüb. Rejissor dərhal kadrı dəyişib və ekrana sualı ünvanlayan jurnalistin görüntüləri verilib.
Həmin anlar sosial şəbəkələrdə yayılıb və gündəm olub. Yeniavaz

Sözügedən kadrları təqdim edirik: