02 May 2024
Ərdoğandan “bu “Togg” mənimdir” deyən xanımına MARAQLI CAVAB - VİDEO

Ərdoğandan “bu “Togg” mənimdir” deyən xanımına MARAQLI CAVAB - VİDEO

05 Aprel 2023
Baxış: 402

Aprelin 2-si Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğana məxsus “Togg” avtomobilini yenidən sınaqdan keçirib.

AJMEDİA.İNFO-nun “TRT Haber”ə istinadən məlumatına görə, Ərdoğan ölkənin ilk yerli elektromobilini həyat yoldaşı ilə birgə prezident iqamətgahının ətrafında idarə edib.

“Togg”un İdarə Heyətinin rəhbəri Gürcan Karakaş Ərdoğana avtomobilin xüsusiyyətləri və istehsal ediləcək digər modellər barədə məlumat verib.

Bu zaman Rəcəb Tayyib Ərdoğanla xanımı arasında yaşanan dialoq maraqla qarşılanıb. Belə ki, birinci xanımın “Avtomobil mənimdir” deməsinin ardınca Ərdoğan “Hazırda kapitan mənəm. Maşının sənin olması önəmli deyil, önəmli olan sükan arxasında kimin olmasıdır” deyə cavab verib. Ərdoğanın cavabı təbəssümlə qarşılanıb.

Xatırladaq ki, aprelin 4-ü “Togg” avtomobili Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin yerli və milli avtomobili “Togg”u ilk alan şəxs ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. İkinci sifarişçi isə Azərbaycan Prezidenti İlham Əliyevdir.