20 May 2024
Ərdoğan və Netanyahu qarşılıqlı səfərlər barədə razılığa gəliblər

Ərdoğan və Netanyahu qarşılıqlı səfərlər barədə razılığa gəliblər

22 Sentyabr 2023
Baxış: 593

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu ilə qarşılıqlı səfərlər barədə razılığa gəldiyini bildirib.

Bu barədə o, Nyu-Yorkda Türkiyə mətbuatına müsahibəsində deyib.

“Əvvəllər Netanyahu xəstəliyi səbəbindən bizə gələ bilmirdi. Amma indi mən ona dedim ki, bu səfəri etməlidir, sonra mən və komandam İsrailə gedəcəyik. Razılığa gəldik. Ümid edirik ki, biz bunu çox gecikdirmədən həyata keçirəcəyik və İsraillə enerji ehtiyatları sahəsində müvafiq işlərə başlayacağıq. Biz enerji resurslarının təkcə Türkiyəyə deyil, həm də Türkiyə üzərindən Avropaya çatdırılması üçün marşrutlardan istifadə etməyə başlayacağıq ”, - deyə o vurğulayıb.//Oxu.az