01 May 2024
Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir -  ƏTRAFLI

Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir - ƏTRAFLI

13 Dekabr 2021
Baxış: 562

Türkiyə və Rusiya prezidentlərinin sonuncu telefon söhbətində Ərdoğan Putinə bildirdi ki, “Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir”.

Bu, Türkiyənin mərkəzlə bağlı istəyini ilk dəfə açıq şəkildə dilə gətirməsi idi.

Ardınca Ankara Mərkəzlə bağlı iki addım atdı:

– Türkiyənin dövlət televiziyasının (TRT) əməkdaşı Mərkəzə ezam olundu:

Mərkəzin fəaliyyətə başlamasından indiyə qədər ermənilərin atəşkəsi minimum 203 dəfə pozduğu açıqlandı və bununla türk hərbçilərin fəaliyyəti təqdim edildi;

– Türkiyənin Azərbaycandakı səfiri Bağcı və hərbi ataşesi general Zəkəriyə Yalçın Mərkəzi ziyarət etdi;

Azərbaycan torpaqlarında rus sülhməramlıları və onların himaya etdiyi separatçıların əl-qolunu bağlamağın hələki yeganə yolu türk hərbçilərinin fəaliyyətini aktivləşdirmək və nəzarət məsələsində balansı tarazlamaqdır.

Ərdoğanın etmək istədiyi budur. Və Bakı ilə Ankara sərhədin delimitasiya-demarkasiyasından sonrakı dövrə hazırlıq görür. Bundan sonra Mərkəzin, xüsusilə Mərkəzdəki türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik.

Asif Nərimanlı, siyasi şərhçi

AJMEDİA.İNFO