02 May 2024
“El Al Israel Airlines” aviaşirkətinə məxsus təyyarə 13 illik fasilədən sonra İstanbula eniş edib

“El Al Israel Airlines” aviaşirkətinə məxsus təyyarə 13 illik fasilədən sonra İstanbula eniş edib

25 May 2020
Baxış: 439

2007-ci ilin martından etibarən Türkiyəyə kommersiya məqsədli uçuşları dayandıran “El Al Israel Airlines” aviaşirkətinə məxsus təyyarə 13 illik fasilədən sonra mayın 25-də İstanbulun Atatürk Hava Limanına eniş edib.

AJM xəbər verir ki, Təl-Əviv-İstanbul arasında müntəzəm karqo reysləri etmək üçün aviaşirkət tərəfindən Türkiyəyə edilən müraciət qəbul olunub. Bundan sonra həyata keçiriləcək reyslərin yalnız karqo və yükdaşıma məqsədli olacağı bildirilir.

Təyyarə Təl-Əviv və İstanbuldan keçməklə Nyu-Yorka COVID-19-la mübarizəyə dəstək məqsədilə 23 ton tibbi ləvazimatın çatdırılması üçün havalanıb.