06 May 2024
Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 12 əməkdaşını öldürüb

Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 12 əməkdaşını öldürüb

17 İyun 2020
Baxış: 453

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürülüb.

AJM-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şimalındakı Cövzcan vilayətində “Taliban” döyüşçülərinin iki yoxlanış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı öldürülüb, 5 nəfər yaralanıb.

Toqquşma zamanı 5 “Taliban” üzvü öldürülüb, 10 nəfər isə yaralanıb.

“Taliban” döyüşçüləri təhlükəsizlik qüvvələrinin 4 əməkdaşını əsir götürüb.

“Taliban” hücumla bağlı açıqlama yaymayıb.