07 May 2024
Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz’ı" NİYƏ İŞLƏMİR? - FOTO

Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz’ı" NİYƏ İŞLƏMİR? - FOTO

04 Noyabr 2021
Baxış: 662

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovanın təsisçisi olduğu “Jazz’ın Dostları” İctimai Birliyi fəaliyyətini dayandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu ilin mart ayınadək İB-də təmsil olunan şəxslər yalnız öz vəsaitləri hesabına bu təşkilatı qoruyub saxlaya biliblər.

Hazırda isə təşkilat maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini yalnız sayt üzərindən davam etdirə bilir.

Məsələ ilə bağlı “Jazz’ın Dostları” İctimai Birliyinin direktoru, Azərbaycanda caz festivallarının təşkilatçısı Nuri Əhmədov təmsil etdiyi təşkilatın fəaliyyətinin dondurulduğunu təsdiqləyib:

“Bizə maliyyə ayrılmır. Öz vəsaitimiz hesabına saytı saxlaya bilirik. Siz bilmirsiniz niyə maliyyə ayrılmır? Həmçinin koronavirus pandemiyası başlayandan Azərbaycanda caz festivallarını təşkil edə bilmirik. Master-klass edə bilmirik”.