07 May 2024
Əbülfəs Qarayev ölkədən çıxmaq İSTƏDİ: Beynəlxalq Hava Limanından GERİ QAYTARILDI - YENİLƏNİB

Əbülfəs Qarayev ölkədən çıxmaq İSTƏDİ: Beynəlxalq Hava Limanından GERİ QAYTARILDI - YENİLƏNİB

28 İyul 2021
Baxış: 804

Keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarılıb.

AJMEDİA.İNFO manşet.az-a istinadən xəbər verir ki, Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb.

Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin Mədəniyyət və Turizm naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılıb.

***
Xəbər verdiyimiz kimi, keçmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səhhətində yaranan problemə görə xaricə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması barədə məlumatlar yayılıb.

Modern.az informasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb. O, haqqında yayılan xəbəri yalanlayıb.

“Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam”.

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.