Mayın 7-si ilə bağlı Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ!
3 saat əvvəlDünyanın bu ada dövlətində koronavirusa ilk yoluxma qeydə alındı
30 Oktyabr 2021
Baxış: 612
Polineziyada, Sakit okeanda ada dövləti olan Tonqa Krallığında pandemiyanın başlanmasından ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
AJMEDİA,İNFO xəbər verir ki,bu barədə Britaniyanın BBC Yayım Korporasiyası bildirib.
İnfeksiya daha əvvəl Yeni Zelandiyadan təyyarə ilə gələn peyvənd olunmuş şəxsdə aşkarlanıb.
Hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, hazırda 105,6 min nəfər olan ada dövləti əhalisinin təxminən 30%-i artıq peyvənd olunub.
Tonqada ilk COVID-19-a yoluxma halı qeydə alındıqdan sonra minlərlə yerli sakin peyvənd olunmaq üçün sağlamlıq mərkəzlərinə axışıb.