06 May 2024
Dünən Qazaxda həlak olan hərbçimiz nişanlı imiş... - FOTOLAR

Dünən Qazaxda həlak olan hərbçimiz nişanlı imiş... - FOTOLAR

05 Noyabr 2021
Baxış: 551

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı MAXE Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alaraq həlak olub.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo” həlak olan çavuş Əhmədovla bağlı bəzi məlumatları əldə edib.

Məlumata görə, hərbçimiz Lerikin Ambu kəndindədir. Tural Əhmədovun nişanlı olduğu bildirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Qazaxda həlak olan hərbçimiz nişanlı imiş...