02 May 2024
Dubay Britaniya Milli Səhiyyə Xidmətinə 660 qutudan çox maska göndərib

Dubay Britaniya Milli Səhiyyə Xidmətinə 660 qutudan çox maska göndərib

01 May 2020
Baxış: 432

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş Naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Britaniya Milli Səhiyyə Xidmətinə (NHS) 60 ton fərdi qoruyucu vasitə göndərib.

AJM xəbər verir ki, Al Məktumun köməkçisi şeyxin Britaniya ilə dərin münasibətlərinin olduğunu və oradakı tibb işçilərini qorumaq üçün üzərinə düşəni etməyə qərarlı olduğunu deyib.

Hitrov Beynəlxalq Hava limanına eniş edən ilk təyyarədə 660 qutudan çox maska və digər qoruyucu vasitələrin olduğu bildirilib. Növbəti günlərdə daha çox qoruyucu vasitələrin gətirilməsi gözlənilir.