02 May 2024
DSX-nin 26 yaşlı baş çavuşu xidmət zamanı VƏFAT ETDİ

DSX-nin 26 yaşlı baş çavuşu xidmət zamanı VƏFAT ETDİ

10 Dekabr 2021
Baxış: 566

Dövlət Sərhəd Xidmətinin baş çavuşu xidmət etdiyi hərbi hissədə vəfat edib.

AJMEDİA.İNFO DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, dekabr ayının 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib.

Onun dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişib. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırlması üzrə müvafiq tədbirlər həyata keçirilir.