10 May 2024
Dövlət Komitəsindən xəbərdarlıq: “Türkiyədən mal gətirməyin”

Dövlət Komitəsindən xəbərdarlıq: “Türkiyədən mal gətirməyin”

09 Avqust 2021
Baxış: 628

“Türkiyədən mal gətirməyin!”

AJMEDİA.İNFO “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Türkiyə mənşəli malları Ermənistana idxal etmək naminə onları gizlətmək üçün vaxt və resurs itirməməyə çağırırıq, çünki malların mənşə ölkəsi məlum deyilsə, əsl mənşəyini öyrənmək üçün tədbirlər görüləcək, araşdırma tamamlanmayana qədər isə mal və nəqliyyat vasitələrinin keçidinə icazə verilməyəcək”.

Komitə son vaxtlar türk mənşəli malların mənşəyini gizlətməklə idxalına qoyulan müvəqqəti qadağanı aşmaq cəhdlərinin artdığını vurğulayıb.

“Malların Türkiyə mənşəli olduğuna dair ən kiçik bir şübhə ilə Ermənistan ərazisinə gətirilməsinin qadağan ediləcəyini bildiririk”, – deyə xəbərdarlığın sonunda bildirilir.

Xatırladaq ki, Ermənistanda Türkiyədən mal-əmtəə idxalına embarqo qoyulub.