16 Aprel 2024
"Diskotekanı Azərbaycana mən gətirmişəm, məni tənqid edənlər..." - Xalq artisti Niyaməddin Musayevdən SƏRT SÖZLƏR

"Diskotekanı Azərbaycana mən gətirmişəm, məni tənqid edənlər..." - Xalq artisti Niyaməddin Musayevdən SƏRT SÖZLƏR

02 Fevral 2023
Baxış: 287

"Məni tənqid edənlər musiqidən uzaq, düşüncəsiz, primitiv adamlardır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Niyaməddin Musayev "Azərbaycana diskotekanı mən gətirmişəm” fikirinə görə sosial şəbəkədə onu tənqid edənlərə cavabında deyib.

Xalq artisti yaranan vəziyyətlə bağlı medianı ittiham edib:

"Mətbuat məsələyə primitiv formada yanaşır. Azərbaycana diskotekanı mən gətirmişəm fikirimə bir az geniş mənada başa düşün. Bu, diskoteka deyil, milli estradadır. Cəmiyyət mənə müsbət yanaşır, peşmanam mətbuat işçilərinə bir söz deyəm. Milli estradanın təməlini qoyan bir şəxs kimi bu fikiri demişəm. Heç kəs bilmir ki, nə var-nə yox, amma ağzına gələni danışır. Bəli, diskotekanı Azərbaycana mən gətirmişəm. Gərək mətbuat bəzi nadan adamların düşüncəsinə fikir verməsin”.

Niyaməddin Musayev onu tənqid edənlərin onun yaradıcılığından xəbərsiz olduğunu vurğulayıb:

"Fabrik istehsal etdiyi məhsulu təkcə öz dövlətinə görə buraxmır ki, musiqi də elədir. Kimlərində nə deməsinin əhəmiyyəti yoxdur, mənim sənətimi dövlətimiz qiymətləndirib və xalq da qəbul edib”.

Qeyd edək ki, Xalq artisti Niyaməddin Musayev müsahibələrinin birində "Azərbaycana diskotekanı mən gətirmişəm" deyə bildirib. Onun bu fikiri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.